Çinin Vaşinqtondakı səfirliyi Pekinin NATO sənədlərində ölkənin adının təhdid kimi qeyd olunmasının əleyhinə olduğunu vurğulayıb.
Ednews sputnik.com-a istinadən xəbər verir ki, açıqlamada " "Çin təhlükəsi" adlanan tezis tamamilə faydasızdır. Çin, NATO ölkələrinin regional qaynar nöqtələrdəki problemlərdən Çini ləkələmək və yeni Soyuq Müharibənin alovlanması üçün istifadə etməsinə qəti şəkildə qarşıdır ." deyildi.
Səfirlik həmçinin NATO-nu köhnəlmiş soyuq müharibə zehniyyətindən və sıfır fayda oyunlarından, həmçinin Avropa və Asiya-Sakit Okean regionunu xaosa sürükləyən təhlükəli hərəkətlərdən əl çəkməyə çağıraraq, “Biz Ukraynadakı münaqişənin tərəfi deyilik” - deyə bildirib.
Xəyal