Ruanda immiqrasiya müqaviləsi üçün İngiltərədəki keçmiş hökumətin ödədiyi pulu geri qaytarmayacağını açıqladı.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Ruanda hökuməti İngiltərənin baş naziri Keir Starmerin əvvəlki hökumətin Ruandaya qeyri-qanuni mühacir göndərmək planının ölü doğulduğunu deməsindən sonra İngiltərənin bu müqavilə üçün göndərdiyi pulun geri qaytarılmayacağı mesajını verdi.
Ruanda hökumət sözçüsü müavini Alain Mukuralinda mətbuata açıqlamasında qeyri-qanuni mühacirlərlə bağlı İngiltərə ilə edilən razılaşmaya toxunub. İngiltərə-Ruanda razılaşmasında vəsaitlərin geri qaytarılması ilə bağlı heç bir müddəanın olmadığını bildirən Mukuralinda, "Pulun geri qaytarılması nəzərdə tutulmurdu" dedi.
İngiltərənin Ruandaya verdiyi qrantın kredit olmadığına diqqət çəkən Mukuralinda, "Bu, Ruandaya müəyyən addımlar atmaq üçün göndərilən pul idi və söz mövzusu addımlar atıldı" dedi.
Mukuralindanın açıqlamasının İngiltərə Baş naziri Keir Starmerin Ruanda Planının əvvəldən ölü doğulduğuna dair sözlərindən sonra gəlməsi diqqət çəkib. Müqavilənin ləğvi və vəsaitlərin geri qaytarılması ilə bağlı Böyük Britaniya tərəfindən heç bir açıqlama verilməyib.
Xəyal