Rusiya 2023-cü ildə ən çox xarici ticarət profisiti olan 10 ölkə arasında yer alıb.
Ednews xəbər verir ki, ötən il ticarətdən 121 milyard dollar gəlir əldə edən Rusiya reytinqdə yeddinci yerdədir.
594 milyard dollarlıq ticarət müsbət saldosu olan Çin siyahıda birinci, Almaniya (245,3 milyard dollar) və İrlandiya (178 milyard dollar) ikinci yerdədir.
Sinqapur (155 milyard dollar), İsveçrə (131 milyard dollar), Səudiyyə Ərəbistanı (127 milyard dollar), Hollandiya (97 milyard dollar), Avstraliya (83 milyard dollar), Braziliya (81 milyard dollar) ilk 10-luğa daxil olan digər ölkələrdir.
Ötən il ticarət profisiti olan ölkələrin sayı 72-yə yüksəlib.
Xəyal