Pakistan məhkəməsi sabiq baş nazir İmran Xan və həyat yoldaşı Buşra Bibiyə qarşı Toşaxana Dövlət Xəzinəsindən bəxşiş almaq üçün səlahiyyətlərindən sui-istifadə etmələri ilə bağlı yeni ittihamlar irəli sürüb.
Ednews - un məlumatına görə məhkəmə, Milli Hesabatlılıq Bürosuna iki şübhəlini Adiala həbsxanasında dindirməyi tapşırıb və cütlüyün iyulun 22-də məhkəmə qarşısına çıxması ilə bağlı göstəriş verib.
Öz növbəsində sabiq baş nazirin və onun həyat yoldaşının vəkili bu həbsin qanunsuz olduğunu bildirib və əlavə edib ki, onların zaminə buraxılması ilə bağlı müraciətlərinə artıq Ali Məhkəmədə baxılır.
Qeyd edək ki, İmran Xan 2018-ci ildən 2022-ci ilə qədər Pakistan hökumətinə rəhbərlik edib.
Əkbər Novruz