Danimarka kraliçası Mariya Qrenlandiyaya səfəri zamanı gözlənilməz hadisə ilə üzləşib. Belə ki, pərəstişkarları ilə ünsiyyət zamanı onu skuterlə vurublar.
Ednews Musavat-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb. Kadrlarda sakinlərin kral ailəsinə baxmaq və kraliça Mariyanı yola salmaq üçün çıxdığı görünür. O, da pərəstişkarlarına yaxınlaşaraq onları salamlamağa başlayır. Lakin bu zaman yaşlı bir kişi skuterlə onu vurur.