Belarus KİV-ləri öz mənbələrinə istinad edərək bildirirlər ki, iyun ayının sonunda Almaniya vətəndaşı Riko Krieger Minsk vilayət məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib.
Ednews xəbər verir ki, onu "atəşli silahlarla qanunsuz hərəkətlər", "nəqliyyat və ya yol əlaqələrinə zərər vermə", "ekstremist təşkilat yaratmaq və ya iştirak etmək", "agentlik fəaliyyəti", "muzdlu döyüşçü olmaq" və "terror aktı törətmək" maddələri ilə ittiham ediblər.
Məlumdur ki, məhkum edilmiş şəxsin Almaniyada yetkinlik yaşına çatmayan bir övladı qalıb; eyni zamanda, hökmün apellyasiya olunub-olunmadığı və hüquqi qüvvəyə minib-minmədiyi məlum deyil.