İngiltərənin "Southport şəhərində yerləşən məscid qarşısında polislə əhali arasında böyük toqquşma baş verib.
Ednews xəbər verir ki, toqquşma zamanı 39 polis əməkdaşı yaralanıb. Qarşıdurma zamanı avtomobillər və ağaclar yandırılıb.
Qeyd edək ki, bundan bir neçə gün öncə yoqa dərsinə gedən 3 azyaşlı burada bıçaqlanaraq öldürülmüşdü. Polis üsyançıların qarşısını almaq üçün Sautport İslam Cəmiyyəti Məscidi qarşısını nəzarətə alıb. Yerlilər öldürülən uşaqların qisasını almaq üçün məscidin fasadına zərər vurublar.
Üstayçılar "sona qədər ingilis, təslim olmaq yoxdur" şüarları ilə çıxışa davam ediblər. Polis qüvvələri üsyançıları zərərsizləşdirmək üçün əlavə dəstəyə ehtiyac duyub.
Fərid