ABŞ Rusiya ilə məhbus mübadiləsi çərçivəsində üç vətəndaşını və bir “qrin kart” sahibini geri alıb.
Ednews xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Ağ Evin saytında dərc olunmuş bəyanatında deyilir.
Qeyd olunub ki, söhbət WSJ-nin jurnalisti Evan Qerşkoviç, keçmiş dəniz piyadası Pol Uilan, jurnalist Alsu Kurmaşeva və müxalif siyasətçi Vladimir Kara-Murzadan gedir.
Bayden bildirib ki, onun prezidentliyi dövründə ABŞ 70 vətəndaşını geri qaytarıb.
Xatırladaq ki, daha əvvəl Ankarada Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi aparıldığı bildirilmişdi.