İsrail ordusu ötən gün HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəyə sui-qəsdin İran xaricindən atılan uzaqmənzilli raketlə həyata keçirildiyini açıqlasa da, “The Crisis Watch” qrupunun bəzi xüsusi hesabları bu ehtimalı rədd edib.
Ednews xəbər verir ki, bu ərəb “ İKAD” platformasının araşdırmasında qeyd edilib.
Araşdırmaya görə “The Crisis Watch” qrupunun bəzi xüsusi hesabları ehtimal edir ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin sui-qəsdində istifadə edilən raket “Spike Nlos” raketidir, bu ehtimalı ekspert Hans de Vreyn də irəli sürüb.
Belə ki, sözügedən raket İsrailin Rafael şirkəti tərəfindən istehsal edilib və çəkisi 165 funtdur məsafəsi isə 32 km-ə çatır, lakin Havadan atılsa məsafəsi təxminən 50 km-ə çatır.
Bu nöqteyi nəzərdən, məsafəni nəzərə alsaq HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin sui-qəsdində istifadə edilən raket İran ərazilərinin daxilindən atılmışdır.
Loğman Yunis