Gürcüstan ABŞ-la münasibətləri bərpa etməyə hazırdır.
Ednews xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Məlumata görə, Kobaxidze Tiflisdə amerikalı senator Cin Şahin və konqresmen Mayk Törnerlə görüşüb.
Görüşdən sonra baş nazir X hesabında paylaşım edərək, görüşün “maraqlı” keçdiyini yazıb:
“Gürcüstan ikitərəfli münasibətləri yeniləməyə və yenidən qurmağa hazırdır”.