Cənubi Koreya Şimali Koreyanın zibil olduğu düşünülən hava şarlarını ölkəyə geri göndərdiyini açıqlayıb.
Ednews Yonhap istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargah Rəyasət Heyətindən verilən açıqlamada, "zibil" daşıdığı düşünülən şarların Şimaldan göndərildiyi bildirilib.
Açıqlamada, hava şarlarının paytaxt Seulu əhatə edən Gyeonggi əyalətinin şimal hissəsinə doğru hərəkət etmə ehtimalının olduğu bildirilib və xalqa toxunulmaması istənən şarlarla bağlı səlahiyyətlilərə məlumat verməsi tövsiyə edilib.
Şimali Koreyalı qaçqınlar və Cənubi Koreyadakı fəallar Şimala Pxenyanı tənqid edən təbliğat vərəqələri ilə dolu böyük şarlar göndərmişdilər. Buna cavab olaraq, mayın sonunda Cənubi Koreyaya 3 mindən çox zibil daşıyan balon göndərdi.
İki ölkə arasında gərginliyə səbəb olan hava şarlarının göndərilməsi Şimali Koreya tərəfindən “ifadə azadlığı” kimi qiymətləndirilib və Cənubi Koreya bu bəyanatı pisləyib.
Xəyal