Almaniya Xarici İşlər Nazirliyi Türkiyəyə səfər edəcək vətəndaşlarına xəbərdarlıq edən bəyanat yayıb.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, xəbərdarlıqda “Almaniya qanunlarına görə ifadə azadlığı çərçivəsində olan bəyanatlar Türkiyədə peşəkar və cinayət sanksiyalarına səbəb ola bilər” və “Siyasi hadisələrdən və mitinqlərdən uzaq durun” ifadələri diqqət çəkib.
Almaniya Xarici İşlər Nazirliyinin saytındakı xəbərdarlıq mətnində aşağıdakı ifadələr yer alıb:
- Almaniya vətəndaşları hələ də özbaşına həbs edilir, çıxış qadağasına məruz qalır və ya Türkiyəyə girişi qadağan edilir. Daha əvvəl heç bir problem olmadan ölkəyə girib-çıxmağı bacaran şəxslər geri qayıtdıqda keçmiş ittihamlara və ya yeni cinayətə görə həbs oluna bilərlər.
Xəyal