"Doha görüşü uğursuz olarsa, İsrailə hücum edəcəyik".
Ednews - un məlumatına görə bu sözləri adı açıqlanmayan İranın yüksək rütbəli təhlükəsizlik rəsmisi “Reuters”ə müsahibəsində deyib.
İran rəsmisi bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin HƏMAS qruplaşması ilə danışıqları gecikdirdiyi aydınlaşarsa, İran və onun müttəfiqləri, o cümlədən Hizbullah İsrailə birbaşa hücuma keçəcək.
İranın daha üç rəsmisi “Reuters”ə açıqlamasında qeyd edib ki, yalnız İsrail və HƏMAS-ın atəşkəs razılaşması əldə etməsi İranı İsrailə birbaşa hücumdan çəkindirə bilər.
Qeyd edək ki, ötən gün Qətərin paytaxtı Dohada Misir, Qətər, ABŞ və İsrail nümayəndələrinin iştirakı ilə Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsi ilə bağlı məsləhətləşmələr başlayıb.
Əkbər Novruz