Suriyanın müxalif qrupları Müdafiə Nazirliyinə birləşmək barədə razılığa gəlib.
EDnews xəbər verir ki, bu barədə Suriyanın yeni administrasiyası məlumat yayıb.
Məlumata görə, Suriyadakı müxalif qrup liderləri ilə yeni administrasiya rəhbəri Əhməd-əl Şaraa arasında keçirilən görüşdə bütün silahlı birləşmələrin ləğv edilərək Müdafiə Nazirliyinə birləşdirilməsi qərara alınıb.