Alp dağlarının İtaliyaya aid hissəsində beş xizəkçi qar uçqunu altında qalıb.
EDnews xəbər verir ki, hadisə İsveçrə sərhəddinə yaxın ərazində baş verib. Piemont bölgəsinin Verbano-Kuzio-Ossola əyalətinin Traskera bələdiyyəsi ərazisindəki hadisədə xizəkçilərdən üçü həlak olub.
Xilasedicilər yalnız iki nəfəri uçqun altından xilas edə biliblər.