Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası ölkənin keçmiş prezidenti, “Avropa Həmrəyliyi” partiyasının sədri, deputat Petro Poroşenkoya qarşı sanksiyalar tətbiq edib.
“EDnyus” xəbər verir ki, qurum sanksiyaları Petro Poroşenko yaxın tarixdəki fəaliyyətində dövlətə xəyanət ittihamları ilə əsaslandırıb.
Yerli KİV-lər isə hazırda Poroşenkonun ev dustaqlığı şəraitində, güc strukturlarının nəzarətində olduğunu bildirirlər.
Qeyd edək ki, ötən həftə Ali Radada (birpalatalı parlament) müvafiq komitə də Petro Poroşenkonun 6 ay müddətinə qanunverici orqanda fəaliyyətinin məhdudlaşdırılması qərarını qəbul etmişdi.