Qananın xüsusi işlər üzrə prokuroru Kissi Agyabeng paytaxt Akrada keçirdiyi mətbuat konfransında, keçmiş maliyyə naziri Ofori-Attanın fəaliyyəti ilə bağlı araşdırmalardan qaçmaq üçün ölkəni tərk etdiyini söyləyib.
"EDnyus" xəbər verir ki, keçmiş nazirin geri qaytarılması üçün bütün lazımi addımlar atılacağı qeyd olunub.
Keçmiş maliyyə naziri müxtəlif maliyyə pozuntularında, o cümlədən dövlət büdcəsinin 58 milyon dollar olmasına baxmayaraq tamamlanmamış “Milli Katedral” layihəsində ittiham olunub.