İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampı sərt tənqid edib.
“EDnews” xəbər verir ki, “Reuters”ə istinadən xəbər verir ki, o, Trampın Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə davranışını utancverici adlandırıb.
“Zelenskiyə qarşı etdiyi davranış həqiqətən utancvericidir. Onların “biz sənə bunu etməyi, bunu etməməyi əmr edirik, yoxsa belə edərəm” demələri qəbuledilməzdir. Səninlə danışıqlara belə getməyəcəyəm, nə istəyirsən, et!”, - o bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Tramp İranın ali lideri Əli Xameneyiyə məktub ünvanlayaraq Tehranın Vaşinqtonla danışıqlara gedəcəyinə ümid etdiyini vurğulayıb.
Buna cavab olaraq isə Xameneyi Tramp administrasiyası ilə heç vaxt danışıqlar olmayacağını bildirib.
Fatimə Mərdanlı//EDnews