Myanmada baş vermiş güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 1 644-ə yüksəlib, yaralıların sayı isə 3 400-dən çoxdur.
EDnews xəbər verir ki, bu barədə məlumatı Myanma Dövlət İnzibati Şurasının mətbuat xidməti "Xinhua" agentliyinə açıqlayıb.
Rəsmi mənbələrin verdiyi məlumata görə, təbii fəlakət zamanı 139 nəfər itkin düşüb. Daha əvvəl yayılan məlumatlarda ölənlərin sayının 1 002, yaralıların isə 2 376 nəfər olduğu bildirilirdi.
Qeyd edək ki, martın 28-də səhər saatlarında Myanmada 7,9 və 6,4 maqnituda gücündə iki güclü zəlzələ qeydə alınmışdı. Martın 29-da isə 5,2 maqnituda gücündə daha bir seysmik təkan baş verib. Fəlakət nəticəsində yaşayış evləri dağılıb, Saqainq və Mandalay şəhərlərini birləşdirən körpü çökmüş, həmçinin Mandalay və Naypyitav beynəlxalq hava limanlarına ciddi ziyan dəyib.
Şəms Qasımlı // EDnews