"2024-cü ildə azı 56 min insan itkin düşüb"

Dünya 11:38 03.04.2025

BMT-nin məlumatına görə, 2024-cü ildə son iyirmi il ərzində itkin düşənlərin sayında ən yüksək artım qeydə alınıb. Belə ki, ötən il münaqişə bölgələrində 56,559 insan itkin düşüb.

 “EDnews” xəbər verir ki ,   aprelin 2-də Baş Assambleyanın brifinqi zamanı insan hüquqları üzrə ali komissar Volker Türk həyəcanverici yenilikləri paylaşıb. O, üzv dövlətləri silahlı münaqişə və beynəlxalq humanitar hüquqa məhəl qoyulmaması nəticəsində itkin düşənlərin sayında “görünməmiş” artımı həll etmək üçün daha çox iş görməyə çağırıb. Türkün sözlərinə görə, beynəlxalq humanitar hüququn pozulmasına görə davamlı cəzasızlıq mühiti daha çox sui-istifadə hallarına səbəb olur və böhranın miqyası getdikcə artır.

Brifinqdə silahlı qarşıdurmalarda itkin düşmüş şəxslərə diqqət yetirilsə də, bu neqativ halların həm də repressiyalar, terrorla mübarizə tədbirləri, miqrasiya, dissidentlərin və hüquq müdafiəçilərinin hədəfə alınması ilə bağlı olduğu vurğulanıb. “Məhz münaqişə, qeyri-sabitlik və repressiya şəraitində insanların itkin düşmə ehtimalı artır. Bu pozuntulara görə məsuliyyət vacibdir”, -deyə Volker Türk bildirib.

Tədbirdə çıxış edən BMT Baş Assambleyasının sədri Filemon Yanq da bu fikirləri bölüşüb: “Bizim hər bir itkin şəxsi müəyyənləşdirmək və tapmaq üçün mənəvi məsuliyyətimiz var”, -deyə o qeyd edib.

BMT-nin məcburi yoxlamalar üzrə işçi qrupu son 45 ildə bu məsələ üzrə 115 ölkədə 62 mindən çox işə baxıb. Təşkilat təəssüflə bildirir ki, bu rəqəm çox böyük bir aysberqin yalnız görünən hissəsidir. Filemon Yanq bu məlumatlar fonunda dünya ictimaiyyətini qətiyyətli addımlar atmağa çağırıb. O, hökumətləri, vətəndaş cəmiyyəti və qurbanların hüquqlarını müdafiə edən qrupları qlobal həmrəylik nümayiş etdirməyə və bu il BMT tərəfindən təşkil edilmiş İtkinlər üzrə Birinci Dünya Konqresinin qərarlarına uyğun hərəkət etməyə çağırıb.

Fatimə Mərdanlı // EDnews         

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı