İran hökumət nümayəndələri Birləşmiş Ştatlarla aparılacaq mühüm danışıqlar üçün Omanın paytaxtı Məsqata səfər edib.
"EDnews" xəbər verir ki, bu barədə məlumatı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaiyə istinadla ISNA agentliyi yayıb. Bildirilib ki, İran tərəfinə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.
Danışıqlardan öncə Əraqçinin Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə ayrıca görüş keçirməsi planlaşdırılır.
Amerika nümayəndə heyətinin başında isə ABŞ-ın Qərbi Asiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun dayanacağı bildirilir.
Tərəflər arasında keçiriləcək müzakirələrin əsas mövzusunun İranın nüvə proqramı olacağı ehtimal olunur. Bu görüşün, bölgədəki gərginliyin azaldılması və dialoqun bərpası baxımından əhəmiyyətli nəticələr verə biləcəyi gözlənilir.
Şəms Qasımlı // EDnews