Amerika Birləşmiş Ştatları Ukrayna ilə bağlı danışıqlar prosesindən çıxacaq.
"EDnews" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Əgər tərəflərdən biri prosesi pozmağa çalışarsa, ABŞ Ukrayna ilə bağlı danışıqlar prosesindən çıxacaq. Lakin ümid edirəm, belə bir vəziyyət yaranmaz. Hazırda Rusiya-Ukrayna münaqişəsini bitirəcək sazişi əldə etmək üçün yaxşı fürsət var", - deyə o bəyan edib.
Tramp həmçinin qeyd edib ki, ABŞ artıq Kiyevə hərbi dəstək göstərməyəcək.
Fatimə Şükürova // EDnews