Fransa iki vətəndaşının saxlanması ilə bağlı İrana qarşı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət verəcəyini açıqlayıb.
“EDnews” xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kristof Lemuan məlumat verib.
Bildirildiyinə görə, fransalı cütlük Jak Pari və Sesil Koler 2022-ci ilin may ayından İranda casusluq ittihamı ilə həbsdədirlər.
Fransa iddia edir ki, onlar işgəncəyə bərabər tutulacaq şəraitdə saxlanılırlar və lazımi konsulluq yardımı almırlar.
İran isə ittihamları rədd edir.
Fatimə Mərdanlı //EDnews