Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçirilən danışıqlarda iki-üç günlük atəşkəs təklif edən Rusiya nümayəndə heyətini kəskin tənqid edib.
EDnews xəbər verir ki, Zelenski bu təklifi mənasız adlandıraraq belə deyib:
“Onlar iki-üç günlük atəşkəsə döyüş meydanından ölüləri götürmək üçün hazırdırlar. Düşünürəm ki, onlar axmaqdırlar, çünki atəşkəs ölənlərin olmamasını təmin etmək üçündür. Yəni əhval-ruhiyyəni görürsünüz. Onlar üçün bu, müharibədə qısa fasilə deməkdir”.
Ukrayna Prezidenti əlavə edib ki, Rusiya tərəfinin təklifində səmimiyyət yoxdur və bu cür yanaşma yalnız münaqişənin uzanmasına xidmət edir.
Xatırladaq ki, İstanbulda keçirilən danışıqlar çərçivəsində hər iki tərəf atəşkəs və mümkün sülh sazişi ilə bağlı ilkin təkliflər müzakirə edirdi. Rusiya nümayəndə heyətinin qısa müddətli atəşkəs təklifi isə Ukrayna tərəfindən rədd edilib.
Fatimə Şükürova // EDnews