İstanbulda əldə olunan razılaşmalara əsasən yaşı 25-dən az olan rusiyalı hərbi əsirlərin birinci qrupu Rusiyaya qaytarılıb .
"Müvafiq sayda Ukrayna Silahlı Qüvvələrinin hərbi əsirləri mübadilə üçün təhvil verilib", - Rusiya Müdafiə Nazirliyi mübadilədə iştirak edənlərin dəqiq sayını açıqlamayıb.
Məlumata görə, Rusiya hərbçiləri hazırda Belarusdadırlar və onlara lazımi psixoloji və tibbi yardım göstərilir.
“Bütün Rusiya hərbçiləri Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya keçmək üçün Rusiya Federasiyasına aparılacaq”, - deyə məlumatda əlavə edilib.
Fatimə Şükürova // EDnews