İsrailin keçmiş prezidenti Şimon Peresin iflic keçirib.
"Eurasia Diary" xəbər verir ki, Təl-Əvivdə xəstəxanaya yerləşdirilən Peresin sağlamlıq vəziyyətinin ciddi olduğu qeyd edilib.
93 yaşlı Şimon Peresin tənəffüs cihazının köməyi ilə nəfəs ala bilər.
Son illərdə səhhətində ciddi problemlər yaranan Peresin ürəyinə sentyabrın 5-də batareya taxılıb.
Peres 1948-ci ildə qurulan İsrail tarixindəki ən təcrübəli siyasətçilərdən və ölkənin gizli nüvə proqramının memarı kimi tanınır.