Somalinin paytaxtı Moqadişuda generala qarşı terror aktı törədilib.
"Eurasia Diary" xəbər verir ki, Moqadişuda terrorçu-kamikadze içərisinə bomba yerləşdirilmiş avtomobili Somali ordusunun generalı Məhəmməd Cimal Qubalinin maşınına çırparaq partladıb.
Ordu rəsmisi hadisə yerindəcə həlak olub. Hadisə zamanı generalın 6 mühafiəçisi həyatını itirib. Terror aktını “Əş-Şabab” terror qruplaşması öz üzərinə götürdüyü bildirilir.