Kartahena şəhərində Kolumbiya hökuməti və "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) təşkilatı arasında tarixi sülh sazişi imzalanıb.Sülh sazişi Kolumbiyada güllələrdən hazırlanmış xüsusi diyircəkli qələmlərlə imzalanıb. Tarixi hadisənin bütün iştirakçılarına xatirə olaraq qələm hədiyyə edilib. Kolumbiya prezidentinin bəyanatında bildirilir ki, onlar güllələrin təhsilə və gələcəyə çevrilməsini rəmzləşdirəcək.
Hökumət və FARC nəhayət ki, Kolumbiyada münaqişəyə son qoyulması, sabit və uzunmüddətli sülhün bərqərar olması naminə yekun razılığa gəliblər.
Solçu radikal FARC qruplaşması 52 ildir ki, Kolumbiya hökumətinə qarşı silahlı mübarizə aparırdı.
Qeyd edək ki, ABŞ FARC-ı terrorçu təşkilatlar siyahısına daxil edib.