İndoneziyada İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriyaya getmək istəyən 7 nəfər saxlanılıb.Onlar Cakartanın beynəlxalq hava limanında tutulublar.
Qeyd edək ki, yanvarın 14-də Cakartada törədilən hücum nəticəsində 2 nəfər ölmüş, 5 terrorçu məhv edilmişdi. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürmüşdü.