Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi 11 Sentyabr hücumlarına görə, Səudiyyə Ərəbistanına cinayət işi açılmasına imkan tanıyan layihənin ABŞ Senatından sonra Nümayəndələr Palatasında 3-də 2 səs çoxluğu ilə qəbul edilməsinə münasibət bildirib.
Açıqlamada layihənin təsdiq olunmasının yüz illərdir beynəlxalq münasibətlərdə "suverenliyin toxunulmazlığının zəiflədilməsi" prinsipinə qarşı çıxan ölkələrdə narahatlıq doğurduğu bildirilib və bu vəziyyətin ABŞ daxil olmaqla bütün ölkələrə mənfi təsir göstərəcəyi qeyd olunub.
ABŞ Prezidenti Barak Obama ilə bu ölkənin müdafiə naziri, baş qərargah rəisi və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin layihəyə qarşı çıxaraq etirazlarını dilə gətirdikləri xatırladılan açıqlamada, bir çox ölkənin də qanuna qarşı olduqlarını bəyan etməsi vurğulanıb.
Xatırladaq ki, 11 sentyabr terror hücumları zamanı təyyarə qaçıranların 19-dan 15-i Səudiyyə Ərəbistanı vətəndaşı olub. Lakin Səudiyyə Ərəbistanı hücumlarda hər hansı rol oynadığını rədd edib.