Nümayişçilər Boqotanın mərkəzində toplaşaraq Kolumbiya hökuməti və üsyançılar arasında imzalanan sülh razılaşmasına etirazlarını bildiriblər.
Əllərində şar və şam tutan 100-ə yaxın nümayişçi sentyabrın 26-da imzalanan sülh razılaşmasını təsdiqləmək üçün bazar günü keçiriləcək referenduma “Yox” şüarları səsləndiriblər.
Xatırla: Kolumbiya hökumət ilə üsyançılar arasında güllələrdən hazırlanmış qələmlərlə sülh sazişi imzalanıb
Etirazçılar razılığı dəstəklədiyini sadəcə üsyançıların əfvi, döyüşçülərə cəzanın tətbiq olunmaması, həmçinin onlara nağd pul mükafatı və əmək haqqı ilə təmin olunmasını qəbul etmədiklərini deyir.
Nümayiş zamanı çıxış edən Kolumbiyanın sabiq vitse-prezidenti Fransisko Santos deyib ki, üsyançıların komandirləri həlak olan hər bir şəxs üçün üzr istəməlidir.
Rəy sorğularına əsasən seçicilərin cəmi 66 faizi sülhə "hə" deyib.