BMT tərəfindən Suriyada humanitar karvana hücumla bağlı araşdırıcı komissiya yaradılıb.
Bu barədə BMT-nın mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, müvafiq sənədi baş katib Pan Gi Mun imzalayıb.
Xatırladaq ki, BMT-yə məxsus 31 yük maşınından ibarət humanitar karvan sentyabrın 20-ə keçən gecə Hələb şəhəri yaxınlığında atəşə tutulub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına əsasən, hadisə nəticəsində 18 yük maşını məhv edilib, 20-dən çox dinc sakin ölüb.
Amerika və Rusiya karvana hücumla bağlı bir-birlərini günahlandırırlar.