“Metyu” qasırğasının zərbəsi o qədər güclü olub ki, Haitinin hakimiyyət orqanları oktyabrın 9-na təyin edilmiş prezident seçkilərini başqa vaxta keçirmək qərarına gəliblər. Seçkilərin yeni tarixi oktyabrın 12-dən gec olmayaraq elan ediləcək.
Küləyin sürəti saatda 230 metrə çatan “Metyu” qasırğası artıq Haiti, Dominikan, Yamayka və Kubanı tərk edərək Baham adalarına yetişib. Karib dənizi hövzəsində həlak olanların ümumi sayı 26 nəfərə çatıb.
Birləşmiş Ştatların cənub-şərq regionlarında 1600-dən çox aviareys ləğv olunub. Florida, Corciya, Şimali və Cənubi Karolinada fövqəladə vəziyyət rejimi elan edilib. İki milyondan çox sakin hakimiyyət orqanlarından təxliyə barədə tövsiyə alıb.