"Metyu" qasırğasından ölənlərin sayı 339 nəfərə çatıb.
Bu barədə "Reuters" yerli dövlət orqanlarına istinadən məlumat yayıb.
Bununla yanaşı, ABŞ-ın Florida ştatında da 10 minlərlə insan işıqsız qalıb. Təkcə Palm-Biçdə 24 min insan elektrik enerjisindən məhrum olub.
"Metyu" 2007-ci ildən sonra Atlantik okeanında ən güclü təbii fəlakət sayılır. Qasırğa Kubanın şərq sahillərinə də böyük ziyan vurub. Lakin hələlik qurbanların sayı barədə məlumat verilmir.
Kubanın hakimiyyət orqanları təbii fəlakət zonasından 1 milyondan çox insanı təxliyyə ediblər.