Yaxın müddətdə Minsk razılaşmalarının yerinə yetirilmədiyi təqdirdə Rusiyaya qarşı sanksiyalar uzadılmalıdır.
Bunu TASS agentliyinin verdiyi xəbərə görə, ABŞ dövlət katibi Con Kerri bəyan edib.
Bununla yanaşı, “Minsk razılaşmalarının yerinə yetirilməsi məsələsində Rusiyaya qarşı təzyiq artırılmalıdır. Biz bunu indidən açıq şəkildə bəyan etməliyik. Yaxın aylarda məsələdə irəliləyiş olmadıqda Rusiyaya qarşı sanksiyalar uzadılmalıdır”, deyə C.Kerri bildirib.