Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus sərgi mərkəzində partlayıcı qurğu tapılıb.
Bu barədə "lifenews" hüquq-mühafizə orqanlarındakı mənbədə məlumat verilib.
Məlumatda əldəqayırma partlayıcı qurğunun çantaya qoyulduğu və sərgi mərkəzində yerləşən tualetlərin birinə yerləşdirildiyi bildirilib.
Bundan qabaq isə partlayış təhlükəsi ilə əlaqədar Krokus Ekspo sərgi mərkəzinin yaxınlığında yerləşən azərbaycanlı iş adamına məxsus Vegas City Hall ticarət mərkəzi təxliyyə olunub.