"Metyu" qasırğası ABŞ-a yaxınlaşır. Bununla əlaqədar olaraq, ABŞ-da 5000-ə yaxın aviareys ləğv edilib.
RİA Novosti agentliyinin verdiyi məlumata görə, ABŞ-ın ən iri aviaşirkətlərindən olan “Delta Airlines”ın 280 uçuşu ləğv olunub.
Qasırğa ilə əlaqədar prezident Barak Obama Florida, Cənubi Karolina və Corciya ştatlarında fövqəladə vəziyyət elan edib. Ölkədə ümumilikdə 2 milyon insanın təxliyə ediləcəyi gözlənilir.
“Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.
Xatırladaq ki, Haitidə “Metyu” qasırğası qurbanlarının sayı 842-yə nəfərə çatıb.
Sosial səhifələrdə paylaş