Haiti adasında “Metyu” qasırğasının qurbanlarının sayı 1000 nəfərə çatıb.
Qasırğa nəticəsində yüzlərlə insanın həyatını itirməsi ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib. Təbii fəlakətlə əlaqədar oktyabrın 9-a təyin edilmiş prezident və parlament seçkiləri təxirə salınıb.
Dağıdıcı qasırğadan sonra Haitidə vəba xəstəliyi sürətlə yayılmağa başlayıb.
Qeyd edək ki, “Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.