"Eurasia Diary" RİA "Novosti"yə istinadən məlumat verir ki, Almaniyanın BASF kimya konsernində baş verən partlayış nəticəsində 4 nəfər xəsarət alıb.
Məlumata görə, BASF-da kimyəvi maddələr, plastmas, incə kimyəvi məhsullar, habelə kənd təsərrüfatına dair mallar istehsal olunur.
Hələlik, hadisə ilə bağlı ətraflı məlumat yayılmayıb.