İraq parlamenti spirtli içkilərin satışı, istehsalı və idxalına qadağanı nəzərdə tutan qanun qəbul edib.
"Eurasia Diary" BBC-yə istinadən xəbər verir ki, mühafizəkarların təşəbbüsü ilə qəbul edilən qanun xristian azlıqların etirazına səbəb olub.
İraqda xristian azlıqların haqlarını müdafiə edən deputatlar məhkəməyə müraciət edəcəklərini bildiriblər.
Qeyd edək ki, İraqda restoran və otellərdə spirtli içki satışı geniş yayılıb.