ABŞ prezidentliyinə namizəd Hilari Klinton barədə qalmaqallı iddialar səslənməkdə davam edir.
“Eurasia Diary” rus KİV-nə istinadən xəbər verir ki, Klinton dövlət sirlərini qızı Çelsi Klintonla bölüşməkdə ittiham edilir. İddiaya görə, xanım Klinton 2009-cu ildə Ağ Evin əməkdaşı Maykl Fromandan aldığı məxfi informasiyanı Dayen Reynolds adlı şəxsin elektron poçtuna göndərib.
Bildirilir ki, Çelsi Klinton Ağ Ev əməkdaşları ilə əlaqə üçün bu addan istifadə edib. Bundan başqa, xanım Klintonun göndərdiyi 74 məktub müəyyən edilib. Həmin məktublardan ikisi məxfi olub və orada Birləşmiş Ərəb Əmirliklərindən, Əfqanıstanda danışılıb.