Beynəlxalq Kosmos Stansiyasında işləyən astronavt Shane Kimbrough ABŞ-da keçiriləcək prezident seçkiləri üçün səs verib.
"Eurasia Diary" xəbər verir ki, Amerika Aviasiya və Kosmos Dairəsindən (NASA) verilən açıqlamaya görə, Kimbrough ABŞ-da bu gün keçiriləcək prezident seçkiləri üçün səsvermə bülletenini seçkidən əvvəl doldurub.
7 İyulda Kosmosa göndərilən Amerikalı astronavt təxminən 4 ay kosmosda olandan sonra 31 Oktyabrda Yerə dönməzdən əvvəl poçt yolu ilə səs verdiyi bildirilib.
Kosmos stansiyasından səs vermə prosesi ilk dəfə deyil
ABŞ-da 2008-ci ildə keçirilən prezident seçkisində Kosmos stansiyasında işləyən vəzifəli iki Amerikalı astronavt da səs vermişdi.
NASA tərəfindən birbaşa yayımlanan görüntülərə görə, astronavtlar Mike Fincke və Qreqori Chamitoff dünyadan 354 kilometr məsafədə orbitdə səs vermiş və Amerika vətəndaşlarını seçkidə iştirak etməyə dəvət etmişdi.
Texas Əyalət Parlamenti tərəfindən 1997-ci ildə qəbul edilən qanuna görə, kosmik stansiyalarda olan kosmonavtlar kosmosdan səs verə bilərlər.