İsrailin yardım və xilas mərkəzi Hayfa şəhərində baş verən yanğınlarda 130 israillinin yaralanmasından xəbər verib.
Fələstin informasiya mərkəzinin bildirdiyinə görə, İsrailin yardım və xilas mərkəzi dünən bildirib ki, Hayfada geniş yayılan yanğınlara görə 130-da çox adam yaralanıb, 12 bölgədən isə əhali çıxarılıb.
Hayfa yanğınları nəticəsində 70 min şəhər sakini mənzillərini tərk etməli olublar.
Elled və Hayfa liman aeroportu da yanğın nəticəsində qalxan tüstüyə görə fəaliyyətini dayandırıb.
İordan çayının qərb sahilində Ramullah şəhərinin qərbində yerləşən Mudeyn dəmiryolu stansiyası da yanğına görə bağlanıb.
600 məhbus və 150 işçi və gözətçinin olduğu Damon və Kərəml həbsxanaları da evuakasiya edilib.