Kolumbiya parlamenti Kolumbiya İnqilabçı Silahlı qüvvələri (FARC) ilə bir əsrlik vətəndaş müharibəsinə son qoymaq üçün imzalanan sülh sazişini təsdiqlədi.
"Eurasia Diary" AP-ə istinadən xəbər verir ki, Kolumbiya parlamentinin nümayindələr palatasının 130 üzvü sülh sazişini müsbət qarşıladılar. Referendumda xalqın böyük əksəriyyətinin sülh razılığını rədd etməsinə baxmayaraq, prezident Juan Manuel Santos bu sazişi yenilədi.
Lakin Kolumbiyanın müxalif qüvvələri FARC silahlı bişləşmələri ilə əldə edilən sülh sazişinə mənfi münasibət sərgiləyirlər. Hökümətin bu siyasətinə qarşı nümayişlər keçirilir. Kolumbiyanın eks prezidenti Alvaro Yuribe sülh sazişini tənqid edərək bildirib ki, kütləvi cinayətlər törədən inqilabçı silahlı birləşmələrinin üzvlərinə parlamentdə mandat vermək doğru deyil.