İndoneziyanın Açe əyalətinin Pididca rayonunda 6,4 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 54-ə çatıb.
Bu barədə rayon başçısının müavini Səid Mulyadi bildirib. Daha əvvəl ölənlərin 18 nəfər olduğu deyilirdi.
“Onlarla insan uçmuş binaların dağıntılar altında qalır”,-deyə məlumatda qeyd edilib.
Hazırda dağıntılar altında qalanların xilas edilməsi üçün ağır texnikada istifadə olunur, lakin ərazinin mürəkkəb landşaftı işlərə mane olur.
İndoneziyalı seysmoloqlar Rixter Cədvəli üzrə 4,8 bal gücündə azı beş avterşok qədər qeydə alıblar.