Twitter sosial şəbəkəsi 2016-cı ilin TOP-10 mövzularını açıqlayıb.
"Eurasia Diary" The Mirror-a istinadən xəbər verir ki, sosial şəbəkənin trendləri arasında lider Rio Olimpiya oyunları oldu.
İkinci yerdə ABŞ-da prezident seçkiləri olub. Həm də bu mövzu TOP-10-a iki dəfə düşüb, həştəq # Trump səkkizinci yeri tutub.
2016-cı ildə ən məşhur mobil oyun Pokemon GO 3-cü yeri tutub.
Həmçinin onluğa futbol üzrə Avropa çempionatı da daxil ola bilib. "Sağ qalmış" filminə görə"Oskar" mükafatı alan Leonardo Di Kaprio, Avropa Birliyindən Böyük Britaniyanın çıxması, kədərli hadisələr #BlackLivesMatter (polisin iki qaradərili amerikalını öldürməsi), həmçinin Məhəmməd Əlinin, Devid Boui, Prinsa, Leonard Koen və Fidel Kastronun ölümü, # RIP həştəqi daxil olub.
Onuncu yeri # GameOfThrones oyunu tutub.