"Eurasia Diary" Sputnik-ə istinadən xəbər verir ki, Kolumbiyada turistlərin olduğu asma körpünün tərs dönməsi nəticəsində 11 nəfər həyatını itirib.
Rəsmi şəxslər Villavicencio şəhəri yaxınlığındakı körpünün həddindən artıq izdihama məruz qaldığına görə tərsinə döndüyünü qeyd edib.
Təxminən 80 metr hündürlükdən uçuruma düşən ikisi uşaq olmaqlaq 11 nəfər ölüb, 14 nəfər də yaralanıb.
Yaralıların vəziyyətinin ağır olduğu, ölü sayının artacağı istisna edilmir.
Vüsalə