"Eurasia Diary"nin BBC-yə istinadən verdiyi məlumata görə, Türkiyənin baş naziri Binəli Yıldırım Cenevrədə Kipr münaqişəsinin sülh yolu ilə həll olunması üçün təşkil olunmuş konfransa qatılacaq.
BMT-dən verilən məlumata görə, Binəli Yıldırımın beynəlxalq konfransa qatılacağı öncə planlaşdırılmırdı.
BBC-nin müxbiri James Landale bildirib ki, Binəli Yıldırımın bu konfransda iştirak etməsi Kipr münaqişəsi ilə bağlı danışıqların necə vacib olduğunu göstərir.
Danışıqlara Britaniya xarici işləri naziri Boris Johnsonun da qatılacığı gözlənilir.
Xatırladaq ki, son 40 ildən bəri hər iki tərəf vahid dövlət şəklində birləşmək üçün razılığa gələ bilmir.
Yunis Abdullayev