Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurts Rusiyaya səfər edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, S.Kurtsun Moskvaya səfəri yanvarın 17-18-də baş tutacaq:
“Səfər zamanı ATƏT sədri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdə Rusiya-Avstriya münasibətləri, ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Eyni zamanda görüşdə Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla, regional münaqişələrin yaratdığı problemlər nəzərə alınmaqla ATƏT məkanında qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə edilməsi planlaşdırılır”.