Barbados bayrağı altında üzən yük gəmisi Şimal dənizində Fransanın Dünkerk limanından 70 kilometr aralıqda qəzaya uğrayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, gəminin 7 nəfərdən ibarət ekipajı xilas edilib.
Gəminin anbarında 80 kubometr dizel yanacağı olub, hazırda fəlakət yerində nazik yanacaq xətti müşahidə edilir.